Üzüldük xanımlar və cənablar..
Bəzən iki seçim arasında qalırsan. Ağıl yoxsa ürək? - Bu sual çox ruhun canını yandırdı, çox. Gənc bir qız, həyata yenicə təbəssüm saçmış gözəl xanım, nə üçün eşq acısından ne üçün intihar etməli?! Nə üçün gənc bir oğlan, əlləri tir-tir əsərək tütünlə şərabı qarışdırmali?! Xəbəriniz varmı, hər dəqiqədə ən azı iki insan intihar edir? Sizlər olmasaydız bu sətirlər var olmazdı. Sizə minnətdar deyiləm, cünki yazacaq onca mövzu var. Az-az insan, qızmar yay günündə, otağında oturub keçmişini düşünür. Qarlı qış günü, yer düm ağ və mən heç kəsin qara ayaq basmadığı yerlərdə qardan adam düzəldirəm. Xoş və nostaiji hiss. Nə üçün əksər insanlar keçmişə qayıtmağını arzulayır?
- Bilirsiz niyə? - Çünki o illər səmimiyyətin və xoşbəxtliyin ən üst qatı idi. Bizi aldatmaq asand idi, amma bu o demək deyil axmaq idik. Sadəcə inanırdıq, insanlara və güzgünün əksindəki "mənə" inanırdıq. Bizi aldatdılar, "böyüyəndə nə olmaq istəyirsən?" sualını verdilər, amma "böyümək istəyirsənmi?" deyə soruşmadılar. Böyüyəndə nə olacağıq ki, uşaqlığımızda ən böyük adam olmuşduq zatən. Böyüdük, amma böyüklüyümüz uşaqlıqda qaldı. Sevdalara tez atıldıq, bu səbəbdən göz suyumuz qurudu. Yalnız o şəxs həyatımızı dəyişdirər dedik. Düşünmədik, bilmədik ki, seçilmiş insan özümüzük, biz onu qəlbimizə seçdik, ona mükəmməlliyi biz verdik. İndi nədən "yalnız o!" deyə bağırırıq?! İlk öncə qəlbimizə, ağlımıza sahib çıxmalıyıq, sonra içindəkilərə. Bizim içimiz kimi, ruhumuzda boş qaldı. Üzüldük xanımlar və cənablar, çox üzüldük..