ice berg

ice berg Şeirlər 10-02-2021, 13:12

Bir biLsən..

Bir biLsən..
Qorxuram, mən səni lap çox sevərəm.
Lütfən, gözlərimə uzadı baxma...
Qorxuram, gün gələr sən də gedərsən,
Yıxan yıxıb onsuz, bir də sən yıxma.

Gəlirsənsə əgər, bir ömürlük gəl,
Hazıram sevgidə yollar azmağa.
Bu duyğu o qədər gözəldir, gözəl,
Hazıram sevgidən roman yazmağa...


Mənə çox bəllidir içindəki hiss,
Dodaq dişləməyin, göz-qaş etməyin...
Nə sən məndən küs get, nə mən olum pis,
İstəməm başlayıb vaxtsız bitməyin...

İlk günlər ürəyi həvəs aldadar,
Aşiq olduğunu zənn edər insan.
Bu yol qısa yoldur, acı sonu var,
Bu yolu nədənsə tez gedər insan.


Hörmət xatirinə getməyək belə,
O doğru zamanı gözləyək bir az.
Biz də həvəskarlıq etməyək belə,
Mən sənə tutulum, sən mənə et naz...

Həvəs bitməlidir, söz bitməlidir,
Sevgidə məsafə yaxşıdır hərdən.
Sevən qürurunu dəfn etməlidir,
Sevən darıxmalı xatirələrdən...


Bir bilsən mən səndən nə istəyirəm,
Gözündən oxuyar sevən sevəni...
Bax o gün əlindən tutub deyərəm,
Heç nədən qorxmadan sevirəm səni!!


Şahin İlqar

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
447 430 468 437 435 424

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.