Melis

Melis özünü 😔 qəmli hiss edir. Şeirlər 11-02-2021, 23:30

Dostum

Dostum

Dostum
Nəyim varsa – mən payladım dostlara,
O dosta ki, onun yoxdu, mənim çox.
Hərdən – hərdən mən də umdum dostlardan,
O dostdanki onun çoxdu, mənim yox
[/bu]

Dara düşdüm darda görsəm dostumu,
İçimdəcə həzin – həzin ağladım.
Öz yaramın sarığını açıb mən,
Dostlarımın yarasını bağladım.


Qaça – qaça , uça – uça yaşadım.
Kim bilir , mən niye belə incəldim,
Kimse dostun sərvətini bölüşdü,
Mən dərdini bölüşəndə dincəldim.


İçim – çölüm çox oxunan kitabdır,
Düşünməyin: "yerin – göyün sirri o”.
Tanış olun dost sandığım dostlarla:
Biri odu, biri odu, Biri – o…


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
577 514 550 541 494 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.