ice berg

ice berg Şeirlər 12-02-2021, 10:01

Küsdüm insanlardan,küsdüm əbədi..

Küsdüm insanlardan,küsdüm əbədi..
Namərddi amma mərd gəzəndi insan
İlantək bəzəyə bəzəndi insan
Yetimi daima əzəndir insan
Qoşa verməyəcək kasıbın nərdi,
Küsdüm insanlardan,küsdüm əbədi..

Pul ilə imanın satıbdı çoxu
Günahı haramla qatıbdı çoxu
Filin qulağında yatıbdı çoxu
Bilməyir günbə gün çoxalır dərdi,
Küsdüm insanlardan,küsdüm əbədi..


Sevgiyçün əkilən gülü də yoxdur
Acıdır şirin bir dili də yoxdur
Kasıba əl tutan əli də yoxdur,
Küsdüm insanlardan,küsdüm əbədi..

Hər masqa altında şeytanlar gördüm
Haramla imarət quranlar gördüm
Yaxşı yox daima yamanlar gördüm,
Küsdüm insanlardan,küsdüm əbədi..

Mərdlər göz yaşını heç silməyəcək?
Qəmgin simalarda heç gülməyəcək
İnsanlar belədir düzəlməyəcək
Küsdüm insanlardan,küsdüm əbədi..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
579 548 511 498 530 518

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.