Diablo

Diablo Sağlamlıq 12-02-2021, 11:30

Hər gün yumurta yeyənləri gözləyən TƏHLÜKƏ

Hər gün yumurta yeyənləri gözləyən TƏHLÜKƏ
Hər gün yarım yumurta yemək ölüm riskini 7% artırır.
Loading.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Çjeszyan Universitetinin alimlərinin apardığı uzun araşdırmanın nəticələrinə görə, bu, məhsuldakı yüksək miqdarda yağ və xolesterin ilə əlaqədardır.
Tərkibində yumurta sarısı olan hər hansı yemək sağlamlıq üçün təhlükəli sayılır. Alimlərin gəldiyi nəticələrə görə, yumurta sarısının tərkibindəki xolesterin sayəsində gündəlik 300 mq (iki yumurta) istifadəsi ölüm riskini 19% artırır. Təhlükə yalnız yumurta ağı və digər məhsullardan istifadə sayəsində azalır. Yarım yumurtanı bərabər miqdarda qoz-fındıq və ya paxla ilə əvəz etməklə zərərli təsirini önəmli ölçüdə azaltmaq mümkündür.
50-71 yaş arasındakı 521 min 120 amerikalı üzərində aparılan tədqiqat 16 il davam edib. Bütün dövr ərzində 129 min 328 könüllü vəfat edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
404 428 434 413 424 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.