reklam
Cek, tək bir oğlum qalıb..." Cek, tək bir oğlum qalıb..." https://sun.az/uploads/posts/2021-02/thumbs/1613368469_loading.az_policerecruits-graduation-crop-1200x630.jpg
ice berg

ice berg Hekayələr 15-02-2021, 15:05

Cek, tək bir oğlum qalıb..."

Cek, tək bir oğlum qalıb..."
Cek sürəti azaltmazdan öncə spidometrə baxdı: sürət həddinin əlli olduğu yerdə yetmiş üçlə gedirdi və son dörd ay ərzində dördüncü dəfə polis tərəfindən dayandırılırdı. Bir insan, axı necə bu qədər bəxtsiz ola bilərdi?

Cek avtomobilini sağa çəkdi. «İnşAllah, bu an yanımızdan daha sürətli bir avtomobil keçər» deyə düşündü.

Polis əlində qalın bir qeyd dəftəri avtomobildən düşdü. “Bob? Bu polis kilsəyə gələn Bob deyilmi?..” – Cek öz-özünə dedi və avtomobilinin kreslosuna sindi. Bu vəziyyət hər hansı bir cəzadan daha pis idi. Kilsədən tanıdığı bu polis, dost olduğuna baxmadan onu saxlayırdı. Həm də sürətli hərəkətlə yol hərəkəti qaydalarını pozduğu üçün.

— Salam Bob. Bir-birimizi yenidən görməyimiz çox xoşdur!

— Salam, Cek! — Bob gülümsəmədən dilləndi.

— Məni, arvadımı və uşaqlarımı görmək üçün evə gedərkən saxladın.

-Bəli, elədir, — Bob kədərli görünürdü.

— Son günlər evə çox gec gedirəm. Uşaqlarım məni çoxdandır heç görmürlər. Diana da mənə bu axşam kartof və bifşteks yeyəcəyimizi söyləyib. Nə demək istədiyimi anlayırsanmı?

— Bəli, nə demək istədiyini anlayıram. Yol hərəkəti qaydalarını pozduğunu da bilirəm, — deyə cavablandırdı Bob.
“Eyvah! Bu taktika heç işə yaramadı, deyəsən. Taktikanı dəyişdirmək lazımdır" — deyə düşündü Cek.

— Məni, hansı sürətlə gedərkən saxladın?

— Yetmiş. Zəhmət olmasa, avtomobilinə əyləşərsənmi? — dedi Bob.

— Ah, Bob, gözlə bir dəqiqə. Səni gördüyüm an taksometrə baxdım, altımış beşlə gedirdim.

— Zəhmət olmasa, Cek, avtomobilinə əyləş! — deyə Bob onu üstələdi. Cek müticəsinə avtomobilinə əyləşdi, qapını çırparaq bağladı. Bob qeyd dəftərinə nəsə yazırdı.

«Görəsən, Bob niyə mənim sürücülük vəsiqəmi və avtomobilin sənədini istəmir?» — deyə düşündü Cek. Nə olursa olsun, bundan sonra kilsədə bu adamin yaninda oturmaqdansa, bir neçə bazar o, kilsəyə getməyəcəkdi. Bob qapını tıqqıldatdı. Cek avtomobilinin pəncərəsini beş sm qədər açdı. Bob Cekə bir kağız verdi və getdi.

«Bu, cəza deyil» — öz-özünə dedi, Cek. Bir anda sevindi. Bu, adi bir yazıydı və kağızda yazılmışdı:


"Əzizim Cek, mənim bir qızım vardı. Altı yaşındaykən çox sürətlə avtomobil idarə edən biri tərəfindən öldürüldü. Bu qəzaya görə, o adam cəzalandırıldı. Üç ay həbsxanada yatdı və həbsxanadan çıxınca öz uşaqlarına sarılıb, öpüb, onları təkrar qoxlaya bildi. Amma mən… Mən qızımı təkrar qoxlayıb, öpə bilmək üçün, cənnətə gedənə qədər gözləməyə məcburam. Min dəfə o adamı bağışlamağa çalışdım. Min dəfə də bunu bacardığımı zənn etdim. Bəlkə bacarmışam, amma hələ qızımı düşünürəm. Lütfən, mənim üçün dua et və diqqət yetir, Cek, tək bir oğlum qalıb..."

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
299 302 283 380 286 277

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.