ice berg

ice berg Aforizm 16-02-2021, 21:12

Bu gecə özümdən bezmişəm, başqa birisi olmaq istərdim.

Bu gecə özümdən bezmişəm, başqa birisi olmaq istərdim.
Sən həmişə məni sevəcəksən. Mən sənin heç vaxt etməyə cəsarətin çatmayan bütün günahları təqdim edirəm.

Təcrübə insanların öz səhvlərinə verdikləri sadə addır.

Emosiyalarıma baş əymək istəmirəm. Onlardan istifadə etmək, həzz almaq və onlara hakim olmaq istəyirəm.

Nəfsdən yaxa qurtarmağın yeganə yolu ona təslim olmaqdır.

İnsanlar bugün hər şeyin qiymətini bilirlər ancaq heç nəyin dəyərini bilmirlər.

Birisi aşiq olarkən, özünü aldatmaqla başlayır, başqalarını aldatmaqla isə bitirir. Buna da bütün dünya romantika deyir.

Uşaqlar həyata valideyinlərini sevməklə başlayırlar, böyüdükcə onları ittiham edirlər, bəzən isə bağışlayırlar.

Hər mövcud incə və gözəl bir şeyin arxasında bir faciə durur.

Bəşəriyyət özünü çox ciddi qəbul edir. Bu dünyanın əzəli günahıdır. Əgər mağara adamı gülməyi bacarsaydı, bəşəriyyət tarixi indi tam fərqli olardı.

Kişilər yorulduqları üçün evlənirlər, qadınlar isə sadəcə maraqlarından: hər iki tərəf sonda məyus olur.

— İncəsənət nədir?
— Xəstəlik
— Sevgi?
— Xülya
— Din?
— İnancın dəbdə olan ən uyğun Əvəzi
— Sən şübhəçisən!
— Heç vaxt! Şübhə Dinin başlanğıcıdır!
— Bəs sən kimsən?
— Tərif vermək məhdudiyyətlər yaradacaq.
— Heç olmasa mənə ipucu verin!
— Saplar qırılır.Və siz labirintdə qalmağı riskə alırsız.
— Siz məni tamailə küncə sixdız.

Dünyada haqqında danışılmaqdan daha betər şey, haqqında danışılmamaqdır.

Yaşa! Daxilindəki o gözəl həyatı yaşa! Yaşaya biləcəyin şeylərin itməsinə icazə vermə. Yeni hisslərin axtarışında ol.Heç nədən qorxma.

Gülüş dostluğa başlamaq üçün pis başlanğıc deyil, biri ilə əlaqləri kəsmənin də ən yaxşı yoludur.

İnsanın etdiyi axmaq bir hərəkət, həmişə onun alicənab məqsədlərindən törəyir.

Optimizmin əsası büsbütün bir dəhşətdir.

Dünya dəyişir, çünki siz fil sümüyü və qızıldan yaradılırsınız. Dodaqlarınızın büküşü tarixi yenidən yazır.

Bir kişi istənilən qadınla xoşbəxt ola bilər, onu sevməyənə qədər.

Aktyorluğu sevirəm, çünki burada əsl həyatdan daha çox reallıq var.

O, çox ağıllıdır, bir qadın üçün olduqca ağıllıdır. Onda zəifliyin izaholunmaz cazibəsi çatışmır.


Oskar Uayld

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
597 507 533 512 524 517

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.