HASANLY

HASANLY Xəbərlər 20-02-2021, 11:25

Nazirdən "Ali təhsil haqqında" yeni qanunla bağlı AÇIQLAMA

Nazirdən "Ali təhsil haqqında" yeni qanunla bağlı AÇIQLAMA
"Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün ali təhsil müəssisələrindən alınan təkliflər Təhsil Nazirliyində müzakirə edilib".

Loading.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev "Milli Məclis" jurnalına verdiyi müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi ilə Milli Məclisin Elm və təhsil komitəsi arasında yeni qanun layihəsinin hazırlanması istiqamətində davamlı müzakirələr aparılmaqdadır.

"Hesab edirik ki, hazırlanacaq qanun ali təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, digər təhsil pillələri ilə çevik əlaqələndirilməsi, ömür boyu təhsili təmin etməsi, tələbəyönümlü tədrisin təşkili, keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi üzrə ən müasir konsepsiyaları özündə ehtiva etməlidir", - deyə nazir əlavə edib./Oxu.Az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
342 307 325 354 310 339

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.