ice berg

ice berg İdman 22-02-2021, 08:38

"Monako" PSJ-yə qalib gəldi

"Monako" PSJ-yə qalib gəldi
Fransa Birinci Liqasının 26-cı turunun matçında "Pari Sen-Jermen" (PSJ) "Monako" ilə qarşılaşıb.

LoaDinG.aZ xəbər verir ki, görüş Parisdəki "Park-de-Prens" stadionunda keçirilib və “Monako”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 6-cı dəqiqədə açılıb - yarımmüdafiəçi Sofyan Diop fərqlənib. Matçın 51-ci dəqiqəsində müdafiəçi Gilyermo Maripan hesabı 2:0-a çatdırıb.

“Monako” 26 matçda 52 xal yığaraq Fransa Birinci Liqasının yarış cədvəlində 4-cü yer tutur. PSJ 54 xalla 3-cü yerdə qərarlaşıb. Çempionata “Lill” liderlik edir. Komandanın 58 xalı var.

“Monako” 2020-ci ilin dekabrından ardıcıl 11 matçdır uduzmur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
444 482 441 418 409 391

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.