Gulusum

Gulusum İdman 23-02-2021, 09:05

Bu gün Azərbaycan millisi seçmə mərhələdə sonuncu matçına çıxacaq

Bu gün Azərbaycan millisi seçmə mərhələdə sonuncu matçına çıxacaq
Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Loading.az'ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova seçməsini qəbul edəcək. "ASK Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Son oyunda İspaniya seçməsinə 0:13 hesabı ilə uduzan yığma D qrupunda xal qazana bilməyib və sonuncu - 5-ci pillədə qərarlaşıb. Yalnız Azərbaycan millisini məğlub edən Moldova isə 3 xalla 4-cü sıradadır.

Qrupun digər qarşılaşmasında İspaniya Polşanı sınağa çəkəcək.

Avropa çempionatı, seçmə mərhələ

18:00. Azərbaycan - Moldova

"ASK Arena".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
396 349 370 304 342 337

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.