Getmək istəyəndə.
Bəzən insan hər şeydən bezir, maraqsız olur bütün yaşananlar. Əl çəkib getmək istəyirsən uzaqlara. Heç kimin bilməyəcəyi yerə, Sanki daha rahat olcam. Deyə düşünüb özünü ovudur insan. Dərdindən düşündükcə olmur, alınmır. Hər nə qədər uzaqlaşsanda dəyişilmir. Eyni xəyal eyni düşüncə davam edir. Uzaqlaşmaq,çıxıb getməklə. Heç nədən qaçınmaq yayınmaq olmur Bu günə kimi kim qaça bilmiş ki, keçmişdən və ya, gələcəkdə qarşısına çıxacaqlardan.Doğru həyat hər zaman insana hər şeyi istədiyi kimi vermir, ancaq həyat sənə verdikləri arasında seçim hüququ tanıyır.
İnsanın taleyi öz əllərindədir. Onu yaxşı və ya pis etmək özündən asılıdır. Çünki, insana hər zaman seçim hüququ verilir.







