ice berg

ice berg İdman 24-02-2021, 09:00

"Bavariya"dan inamlı qələbə, "Atletiko" "Çelsi"yə uduzdu

"Bavariya"dan inamlı qələbə, "Atletiko" "Çelsi"yə uduzdu
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

LoaDinG.aZ`ın məlumatına görə, hər iki qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.

İspaniya La Liqasının lideri "Atletiko" pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə oynanılan görüşdə İngiltərənin "Çelsi" komandasına 0:1 hesabı ilə uduzub. Yeganə qolu 82-ci dəqiqədə Olivye Jiru vurub.

İtaliya "Latsio"su isə öz meydanında turnirin son qalibi Almaniya "Bavariya"sına 1:4 hesabı ilə məğlub olub. Oyunda hesabı 9-cu dəqiqədə qonaqların hücumçusu Robert Levandovski açıb. 23-cü dəqiqədə Camal Musiala, 42-ci dəqiqədə isə Leroy Sane rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. İlk hissə bu hesabla bitib. Münhen təmsilçisi ikinci yarıya da erkən qolla başlayıb. 47-ci dəqiqədə Roma klubunun futbolçusu Françesko Açerbi topu öz qapısından keçirib. 2 dəqiqə sonra "Latsio" fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Komandalar arasında cavab görüşləri martın 18-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

24:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:1

Qol: Olivye Jiru, 68

24:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) - 1:4

Qollar:
Xoakin Korrea, 49 - Robert Levandovski, 9, Camal Musiala, 23, Leroy Sane, 42, Françesko Açerbi, 47 (avtoqol)

Qeyd edək ki, 1/8 finalın əvvəlki görüşlərində Fransa PSJ-si İspaniyanın "Barselona" komandasına 4:1, İngiltərə "Liverpul"u Almaniyanın "Leyptsiq" kollektivinə 2:0, Portuqaliya "Portu"su İtaliya "Yuventus"una 2:1, Almaniyanın "Borussiya" (Dortmund) klubu isə İspaniya "Sevilya"sına 3:2 hesabı ilə qalib gəlib. Mərhələnin digər iki oyunu bu gün keçiriləcək. İspaniya "Real Madrid"i İtaliyada "Atalanta" ilə, İngiltərənin "Mançester Siti" komandası isə Macarıstanın paytaxtı Budapeştdə Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
657 616 576 606 623 593

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.