ÊLfidÂ

ÊLfid Sağlamlıq 25-02-2021, 18:00

Güzgüyə çox baxmağın ziyanları

Güzgüyə çox baxmağın ziyanları
“Güzgü, güzgü söylə mənə, məndən gözəli varmı dünyada?”😁

Sən demə bütün günü güzgüyə baxaraq öz xarici görünüşləri ilə həddindən artıq yaxından maraqlanan şəxslər daha tez kökəlirmişlər(mən demirəm məlumatlar deyir😂) deməli 107 iştirakçı iki qrupa bölünüb. Birinci qrupa tez-tez güzgüyə baxmağa icazə verilib. Digərinə isə bu məşğuliyyət üçün məhdud saat rejimi tətbiq edilib. Mütəxəssislər bütün bunlardan sonra müəyyən ediblər ki, sən demə güzgüyə çox baxanlar hətta ac olmadığı vaxtlarda da qida qəbul ediblər. Məlum olub ki, tez-tez güzgüdə özlərini görən qadınlar kompleksə düşürlər və bu da qida qəbulunun artımı ilə nəticələnir. Nəticədə qrup üzvləri kökəlməyə başlayıblar.
Özünə həddən artıq diqqət göstərmək  lazım olduğundan daha çox qida qəbuluna səbəb olur. Nəticədə kökəlmə baş verir. Mədədə genişlənmə yaranır və insan məhz bu boşluğu doldura bilmək üçün hər dəfə daha çox yeməli olur. Üstəlik güzgüyə çox baxan insanlarda dismorfofobiya –öz görünüşünə inamsızlıq və ya narsisizm – həddindən artıq özünə vurğunluq psixoloji halları yarana bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
403 393 388 408 450 404

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.