Dükançı..
Mənə iki qutu siqaret saxla,
bugün yaman ağır gündür dükançı..
Daxilimdə yas qurulub bu gecə,
baxma çölüm toy,düyündür dükançı..
Bugün ən sevdiyim söz gedib məndən,
Bugün bir qara göz qız gedib məndən..
Sevgidən yazan şairlər,yalançıdır,yalançı..
Bugün mənim son günümdür,dükançı..
Mənə onu xatırladır çöldəki yağış,
nə vaxt keçər bu darıxmaq görəsən..
Məni yaman incidir,içimdəki bu acı,
sən darıxmaq necə olur,bilirsənmi dükançı?
Qoy verdiyin siqaretdən bir dənəsin yandırım,
qoy bu içimdəki dərdi öldürüm..
Dükanda yandırmaq olmaz deyirsən,
yanan ürəyimi necə söndürüm?
Nə isə,salamat qal,gedim darıxım,
onsuz da anlayan deyilsən məni..
Gedim onun rəsminə bir də baxım,
öldürsə gözləri öldürsün məni..
bugün yaman ağır gündür dükançı..
Daxilimdə yas qurulub bu gecə,
baxma çölüm toy,düyündür dükançı..
Bugün ən sevdiyim söz gedib məndən,
Bugün bir qara göz qız gedib məndən..
Sevgidən yazan şairlər,yalançıdır,yalançı..
Bugün mənim son günümdür,dükançı..
Mənə onu xatırladır çöldəki yağış,
nə vaxt keçər bu darıxmaq görəsən..
Məni yaman incidir,içimdəki bu acı,
sən darıxmaq necə olur,bilirsənmi dükançı?
Qoy verdiyin siqaretdən bir dənəsin yandırım,
qoy bu içimdəki dərdi öldürüm..
Dükanda yandırmaq olmaz deyirsən,
yanan ürəyimi necə söndürüm?
Nə isə,salamat qal,gedim darıxım,
onsuz da anlayan deyilsən məni..
Gedim onun rəsminə bir də baxım,
öldürsə gözləri öldürsün məni..






