beybala_beybala

beybala_beybala İslam Dini 3-03-2021, 10:30

Eşq

Eşq
Bağışlayan və Mehriban Allahın adı ilə!
 
Eşq – insanı bəzən ucaldan, bəzən göydən yerə endirən hiss...
 
Eşq – yoxluğu boşluq, varlıqı zorluq.
 
Eşq – Allahın bizə verdiyi nemətlərdən ən gözəli.
 
Nədir eşq?

🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

*Eşq? - insanin necə yaşamasının müəyyənedicisidir. Əgər istiqaməti doğru olacaqsa, həm bu dünyada, həm də əbədi həyatında səadət tapacaq. Yanlış olacaqsa, bu dünyasını əldən verib, axirətini də zay edəcək. Hara yönəltməli, içimizdə olan bu hissin kamala çatmasını, qəlbimizin rahatlıq tapmasını necə təmin etməli?

➰➰➰➰➰➰➰➰➰➰➰➰
 
Hədislərdə gəlib ki, hər kəs kimə eşq bəsləyər və ya ona pərəstiş edərsə, onunla məhşur olar (həşr olar, dirilər). Allah qorusun bizi şeytana və ya onun ardıcıllarına eşqin olmasından. Əlbəttə, “kim şeytana eşq bəsləyər ki?” deyəcəksiniz. Təəssüf ki, şeytan buynuzlu, quyruqlu olmur ki, biz də ondan qorxub qaçaq. Diqqət etsək, görərik ki, bu dünyada bütün şeytani xüsusiyyətlərə malik məsələlərin çoxu - gözəl, cəlbedici olur. Bİz də, bu gözəlliklərə aldanıb ”bəh-bəh”lə öz ayağımızla şeytanın ardınca gedirik. Amma əgər insan qəlbini Allaha bağlaya, ixlasla yalnız Onu özünə məşuq bilə - bütün həyatı və atdıqları addımlar fərqli olar. Allahın Peyğəmbərindən (s) gələn bir hədisdə bildirilir: “Allah buyurur: “Mənimlə olan məşğuliyyət bəndənin canına qalib gəlsə, onun istək və ləzzətlərini Məni xatirlamaqda qərar verərəm. İstək və ləzzətlərini Məni xatırlamaqda qərar verdikdə, Mənə aşiq olar, Mən də onun aşiqi olaram. Bir-birimizə aşiq olduqda, Özümlə onun arasındakı pərdəni götürər, bunu (Öz camal və cəlalımı görməyi) canına hakim edərəm. Belə ki, camaat səhv edəndə, o, səhvə düçar olmaz””.
 
✨🕊✨🕊✨🕊✨🕊✨🕊✨🕊✨

İnancından asılı olmayaraq, bütün insanların bəyəndiyi xüsusiyyətlərin qaynağı əslində buradadı. Əgər bəndə Allahı sevəcəksə, Onun istədiyi kimi olmağa çalışacaq. Allah Təala buyurur: “(Məni sevən o kəsdir ki,) Mənim rizamı istəyər və günahkardan qaçar”. Allah insana yalnız ən gözəl əxlaqlara yiyələnməyi tövsiyə edir.


❤️🌹 Həzrət Peyğəmbərimiz (s) buyurur: “İslam - gözəl əxlaqdır”. Gözəl əxlaq - dinin yarısıdır.

Fədakarlıq, şücaət zülmə qarşı etinasız olmamaq, yetimə və ya ehtiyacı olan hər kəsə mərhəmət göstərmək, pəhrizkar olmaq, ailəsinə, valideynlərinə, övladlarına sevgi göstərmək və bunun kimi ən önəmli insani dəyərlər Allaha olan sevgidən qaynaqlanmırmı? İmam Sadiq (ə) buyurur: “Allah Təala Öz Peyğəmbərinə (s) əxlaqi kəramətləri ilə imtiyaz verdi. Beləliklə, siz də özünüzü imtahan edin. Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükür edin və bu kəramətlərin artmasını diləyin. Sonra onlardan onunu saydı: əminlik, qənaət, səbir, şükür, dözümlülük, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik”.

🤲🏻✨🤲🏻✨🤲🏻✨🤲🏻✨🤲🏻✨🤲🏻✨🤲🏻
 
Bütün yaradılmışlara, xüsusilə də insanlara eşq də Allaha olan sevgidən qaynaqlanarsa, nə gözəl olar... Belə olan halda bütün insani münasibətlər də ilahi rəngə boyanar, qəlblərdə yalnız ülvi hisslər yer alar. Yersiz qəzəb, kin və küdurət isə Allahın inayəti ilə qəlbə yol tapmaz.
 
Allah bizlərə Allahın aşiqi olmağı nəsib etsin! Amin 🤲🏻

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
627 661 618 555 590 597

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.