KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 3-03-2021, 13:00

Namaz Və Oruc

Namaz Və Oruc
Namazın dəlili və tövhidin təfsiri Allahın bu kəlamıdır: Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (Əl-Beyyinə 5) Namaz dinin dirəyi, ibadətlərin ən üstünüdür. Cənabı Haqqın varlığını, birliyini təsdiqdən sonra qulluq borcu olaraq beş vaxt namaz gəlir. Beş vaxt Namaz hicrətdən il yarım əvvəl Məkkədə fərz qılınmışdır.

Həddi-büluğa çatan, ağlı başında olan hər bir müsəlmana gündə beş vaxt namaz qılmaq fərzdir.
Namazı tərk edən Allahın əmrinə qarşı çıxmış olur. Axirətdə cəza çəkər.
Namaz Allahın bizə verdiyi saysız ne'mətlərinə qarşı yaradanımıza şükran və qulluq borcumuzdur.
Namaz qılanlar Allahın əmrini yerinə yetirmiş, borclarını ödəmiş, buna görə Allahın xoşnudluğunu qazanmış, axirətdə səadətə qovuşmuş olurlar.

Orucun dəlili Allahın bu kəlamıdır: Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz. (Bəqərə 183) Oruc tutmaq niyyətiylə dan yerinin ağarmasından günəş batıncaya qədər bir şey yeyib-içmək, qadına yaxınlaşmaq kimi şeylərdən özünü məhrum etmək surətiylə bədənlə edilən bir ibadətdir.
Yetginlik yaşına gələn, ağıllı hər bir müsəlmanın Ramazan ayında bir ay oruc tutması fərzdir.
Oruc dəlilər, uşaqlara fərz deyildir.

Qadınların aybaşı və zahılıq vaxtlarında oruc tutmaları haramdır.
Xəstələrin, yolçuları (səfərdə olanların), əmzikli qadınların Rmazanda oruc yemələrinə izn vardır. Yedikləri günlərin oruclarını Ramazandan başqa bir zamanda ödəyə bilərlər. Oruc tutmaq ücün niyyət etmək, niyyətin başlama və bitmə zamanını bilmək, dan yerinin ağarmasından günəş batıncaya qədər orucu pozan şeylərdən çəkinmək, orucun fərzlərindəndir.

Ramazan orucunda niyyət vaxtı günəşin batmasından, ertəsi gün quşluq vaxtına qədərdir. Ödənən Ramazan orucu ilə, diləmə və kəffarət (cəza) oruclarında günəşin batmasından dan yerinin ağarmasına qədər niyyət etmək lazımdır. Niyyət qəlb ilə olur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
707 669 626 685 664 604

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.