KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 4-03-2021, 14:30

Gözəl əxlaq

Gözəl əxlaq
Yaxşı bir Müsəlman olmaq üçün gözəl əxlaqa sahib olmaq, pis əxlaqdan uzaq durmaq lazımdır. Ancaq bununla dünya və axirət səadəti əldə edilir.

Gözəl əxlaq, elm və ədəb öyrənməklə, yaxşı insanlarla yoldaşlıq etməklə əldə edilir. Pis əxlaq da bunun tərsidir. Yəni, cahil qalmaq, ədəbsiz olmaq, pis insanlarla yoldaşlıq etməkdən hasil olur. Cənabı Haqq Peyğəmbər əfəndimizi tərifləyərkən, “Doğurdan da sən böyük bir əxlaq üzrəsən” buyurur. (Qələm 4)

Yaxşı insan, yaxşı əxlaqlı insan deməkdir. Dinimiz yaxşı xasiyyətlər əldə etməyimizi, pis xasiyyətlərdən çəkinməyimizi əmr edir

Gözəl əxlaqa sahib kəslərə qibtə etmək, onlar kimi olmağa səy göstərmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Nemətə qovuşmuş olanlardan təvazö göstərənə və özünü həmişə qüsurlu bilənə, halaldan qazanıb, xeyirli yerdə sərf edənə, fiqh bilgiləri ilə hikməti (təsəvvüfü) birləşdirənə, halala, harama diqqət edənə, kasıblara mərhəmət edənə, işlərini Allah rizası üçün edənə, xasiyyəti gözəl olana, kimsəyə pislik etməyənə, elmi ilə əməl edənə və malının çoxunu paylayıb, sözünün çoxunu saxlayana müjdələr olsun.”(Tabərani)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 448 392 405 381 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.