KiBirLi_PrenS.

KiBirLi_PrenS. Sevgi 5-03-2021, 15:00

Sən yaşıl Cənnətimsən mənim

Sən yaşıl Cənnətimsən mənim
Hər mənə baxanda o qədər çox sevirəm ki, səni sevməyi.
Ürəyimi sevirəm səni sevir deyə, gözlərimi sevirəm səni görür deyə.
Ruhumu sevirəm, səni ruhuna bu qədər yaxın olduğu üçün.

Sən yaşıl cənnətimsən mənim.

Varlığımı sevirəm, sırf sənə borclu olduğum üçün. Xoşbəxtliyimi sevirəm.
Səni düşünəndə gülümsəməyi sevirəm. Ayaq üstdə, dik durmağı sevirəm səbəbi sən olanda.
Mən sənə olan sevgimi yazan qələmimi sevirəm. Sənin adını yazdığım kağızı sevirəm.

Sən yaşıl cənnətimsən mənim.

Sənə olan sevgimə bənzətdiyim hər sevgini sevirəm. Mənə səni yadıma salan hər şeyi sevirəm.
Sənə gedən yolları sevirəm. O qədər çox sevirəm ki, səni itirmək qorxusunu belə, içində yalnız, sən olduğun üçün,
Sənə aid bir duyğu olduğu üçün, qorxumun səbəbində sən olduğun üçün sevirəm.

Sən yaşıl cənnətimsən mənim.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
594 612 539 552 565 589

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.