KiBirLi_PrenS.

KiBirLi_PrenS. Statuslar 6-03-2021, 17:30

Ağıl

Ağıl
Ağıl ata kürkü deyil ki, irslə övladına yetişə. (Mirzə Fətəli Axundov)

Ağıla fikir gələr, başa hadisə. (Əbu Turxan)

Ağıllı, səxavətli adamlar mallarını dostlarla yeyərlər, ağılsız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar. (Əbdürrəhman Cami)

Ağlabatan hər şey gerçəkdir fikri – qadın düşüncəsini, gerçək olan hər şey ağlabatandır fikri – kişi düşüncəsini əks etdirir. (Tur Xander)

Amandır, ağlını unutma ki, sən
Gülünü tikana dəyişməyəsən. (Nizami Gəncəvi)

Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır. (Qasım bəy Zakir)

Bariz şəkildə üzə çıxan çılpaq fikir emosional yaşantının ahəngini pozur. (Əbu Turxan)

Bilik öyrənməyi ar bilən hər kəs
Dünyada mərifət qazana bilməz. (Nizami Gəncəvi)

Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. (Əbül Fərəc)

Düşünmək – öz-özünlə danışmaq, özün-özünü eşitmək deməkdir... (İmmanuel Kant)

Duyğu ruha ağıldan tez yol tapır. (Cəlaləddin Rumi)

Ədəb sayılsa da məclisdə susmaq
Məsləhət zamanı danışmaq gərək
İki şey ağıla nöqsan sayılır
Yersiz susmaq ilə yersiz söz demək (Sədi Şirazi)

Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun.

Gerçək olan hər şey ağlabatandır, ağlabatan hər şey gerçəkdir. (Georq Vilhelm Fridrix Hegel)

İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. (Məmməd Səid Ordubadi)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı. (Nizami Gəncəvi)

İstedadlı kor, istedadsız ağıllıdan daha yaxşı görür. (Rəsul Həmzətov)

Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar. (Mirzə Şəfi Vazeh)

Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. (Sədi Şirazi)

Ruhun ruhla təmasa ehtiyacı var. (Əbu Turxan)

Sən ancaq öyrənməklə ucalarsan. (Əvhədi Marağayi)

Təəssüf ki, fikrin ən qanadlı məqamı ilə ən ləngərli məqamı ömrün müxtəlif dövrlərinə təsadüf edir. (Əbu Turxan)

Təfəkkür öz qanunlarını təbiətdən almır, onları təbiətə şamil edir. (İmmanuel Kant)

Zəka insana onun əsl təyinatını, həyatının mənasını açır. (Georq Vilhelm Fridrix Hegel)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
742 641 708 686 673 649

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.