Miro x Farid x Etimat — Niyə?
Miro:
Gecə kimiyəm
Gəl ol səmalara dolunay
Olmasın gecələrin sonu da
Buludlardan yağışları ələyək
Ulduzların üzərində yeriyək
Sən xəyal ol, mən gerçək
Varsa dərdin eybiyox mənlə çək
Gecə çıxarıb göyqurşağı
Düzəldim aydan bizə yelləncək
Amma bunların hamısı xəyaldır
Tək düşünüb hamısını yalnız
Bilirəm dönməzsən geriyə
Verməz ki, Tanrı mənə belə hədiyyə
Mənim əlimdə deyil
Yaşayıram onsuz, ölü ya da diri
Axı mənimlə deyil
Əlində körpəsi, yanında biri
Farid: (Nəqarət)
Niyə? Niyə?
Verməz ki, Tanrı səni mənə hədiyyə
Niyə? Unudub hər şeyi getmək istəsən
Get deməklə olmaz
Gözümdən it deməklə olmaz
Neyniyək? De neyniyək?! (2x)
Farid:
Sabahlarım sənsən yenə de niyə?
Zaman dursa qayıtsaq biz yenə geriyə
Bilirsən ki, mən sözümün əriyəm
Ümidlərim ayaq açıb sənə yeriyər
Sənə görə yazılmış sözlər
Daha susqundu baxan bu gözlər
Daha yanında başqası varsa
Nə fayda edər ki deyilən sözlər
Farid: (Nəqarət)
Niyə? Niyə?!
Verməz ki, Tanrı səni mənə hədiyyə
Niyə? Unudub hər şeyi getmək istəsən
Get deməklə olmaz
Gözümdən it deməklə olmaz
Neyniyək? De neyniyək?! (2x)
Etimat:
Açıb əlləri yağışa, dualar gündüz axşam
Sənsiz ölərəm deyənlər hamısı yaşayır məndən yaxşı
Hiss bir biri ilə qarışıb, ürək tərk edilməklərə də alışıb
Güzgüdə özümlə baş başa mən
Dərdimi axı kimlərə danışım
Farid: (Nəqarət)
Niyə? Niyə?!
Verməz ki, Tanrı səni mənə hədiyyə
Niyə? Unudub hər şeyi getmək istəsən
Get deməklə olmaz
Gözümdən it deməklə olmaz
Neyniyək? De neyniyək?! (2x)







