amon

amon İdman 7-03-2021, 01:19

Buffon bu dəfə dəqiq gedir! - Tarix bilindi

Buffon bu dəfə dəqiq gedir! - Tarix bilindi
İtaliyanın "Yuventus" klubunun oyunçusu Canluici Buffonun karyerasını bitirmək istədiyi vaxt bəlli olub.

Loading.az xəbər verir ki, 43 yaşlı qapıçı "The Guardian"a açıqlamasında 2023-cü ilin iyununadək oynamaq fikrində olduğunu bildirib.

Həmçinin təcrübəli qolkiper cari mövsümün sonunda da futbolla vidalaşa biləcəyini istisna etməyib.

Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə İtaliya "Parma"sının heyətində gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
532 568 470 440 420 485

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.