Kənan Heydərov

Kənan Heydərov Texnologiya 8-03-2021, 09:00

Samsung-un yeni texnologiyası mobil internetdə rekord sürət əldə etməyə imkan verib

Samsung-un yeni texnologiyası mobil internetdə rekord sürət əldə etməyə imkan verib
Samsung-un yeni texnologiyası smartfonlarda məlumatların ötürülməsi üzrə rekord sürət əldə etməyə imkan verib. Şirkətin yeni texnologiyası həmçinin 4G şəbəkələrin hesabına 5G şəbəkələrin əhatə dairəsini və stabilliyini yüksəldir. Samsung-un Cənubi Koreyadakı laboratoriyasında keçirilmiş test çərçivəsində şirkət 40 MHz diapazonda olan 4G tezlikləri 800 MHz diapazonda olan 5G tezlikləri ilə birləşdirə bilib. Bu üsul ilə bir smartfonda saniyədə 5.23 Gbit sürətlə məlumatların ötürülməsi əldə edilib. Test çərçivəsində Galaxy S20+ də daxil olmaqla Samsung-un müxtəlif cihazları iştirak edib.

4G və 5G şəbəkələrinin kombinasiyası öz növbəsində sürətin artırılması üçün mobil operatorlara hər bir şəbəkənin üstünlüklərindən istifadə imkanını verəcək. Bu yeni texnologiya EN-DC adını əldə edib. Samsung 5G sahəsindəki ilk texnologiyalarını hələ 2018-ci ilin əvvəlində sərgiləməyə başlamışdı. Həmin vaxtda şirkətin texnologiyaları New Radio protokolu əsasında məlumatların saniyədə 1.7 Gbit sürətlə ötürülməsini sərgiləmişdi. 1 ildən sonra şirkət sürəti saniyədə 2.65 Gbit-ə, 2020-ci ildə isə saniyədə 4.3 Gbit-ə çatdırmışdı. Şirkətin yeni texnologiyası isə bu limiti geridə qoymağa imkan verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
500 469 419 473 458 479

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.