Əksər inanclar insanlara ölümdən sonra yaxşı əməl sahiblərnin gedəcəyi gözəl bir dünya vəd edir. Bu səadət dünyası haqqında təsəvvürlər də, onun müxtəlif dillərdə və dinlərdəki adları qədər müxtəlifdir. O aləmə qədim əcdadlarımız “uçmaq”, qədim romalılar “elizium”, qədim slavyanlar “irıy”, qədim almanlar və skandinaviyalılar “valxalla”, qədim misirlilər “iaru” deyiblər. Yəhudilikdə “Qan Eden”, xristianlıqda “edem”, islamda “cənnət”, Vedalarda “svarqa” adlanan xoşbəxtlik aləmini əbədi sayanlar da var, onun müvəqqəti bir yer olduğuna inananlar da. Uçmaq Qədim əcdadldrımızın təsəvvüründəki uçmaq (uçmağ) bol nemətlər, yaşıl bağlar dünyasıdır. Ora həm də işıqlı, sevinc dolu bir məkandır. Bəzi araşdırmaçılar yanlış olaraq “uçmaq” sözünü ruhun bədəni tərk etməsindən sonra quş qılığında cənnətə uçmasına inanc kimi yozurlar. Əslində isə bu sözün özü də tenqriçilikdə can (ruh) barədə mükəmməl bilgilərin olmasından xəbər verir.
Belə ki, canın növbəti aləmə gedişinin uçuş kimi xarakterizə edilməsi onun heç bir nəqliyyat vasitəsinin köməyi olmadan fəzada maneəsiz hərəkət etməsinə işarədir. Bunun başqa bir sübutu isə “ölüm” sözünün sinonimi olan“uçabarmaq” sözüdür. Bu isə təkcə uçmağa (cənnətə) yüksəlişin deyil, ümumiyyətlə, canın təni tərk etməsinin bir uçuş kimi dəyərləndirilməsi deməkdir. İrıy - qədim slavyanların cənnəti Qədim slavyanlar cənnəti “irıy” və ya “vırıy”adlandırıblar. İrıyda təkcə ölən insanların ruhlarının yox, quşların, ilanların da yaşadığına inanan slavyanlar köçəri quşların qışda irıya, yayda isə “bu dünyaya” köçdüklərini hesab edirmişlər. Onlara görə, irıy 2 cür olur: quş irıyı və ilan irıyı. İlan irıyı yerin altında iri bir xəndək kimi təsəvvür edildilirdi. Slavyanlar meşəyə gedənlərə ehtiyatlı olmağı, özlərini ilan irıyına açılan qapılardan – dərin yarğanlardan qorumağı tövsiyə edirdilər. Çünki bu yarğanlardan ilan irıyına yixıla biləcəklərindən qorxurdular. Bu inancla bağlı nağıllarda meşəyə gedən insanlardan bəzilərinin ilan irıyına yıxılaraq bütün qışı ilanlarla bərabər orada əsas qida olan daşı yaladığından bəhs edilir. Yazda ilanlar torpağın üstünə çıxanda onlar da evlərinə qayıdır. Lakin başlarına gələni danışanlar dərhal ölürər. İlan irıyının padşahı başında tac olan ilandır. O, adi ilanlardan fərqli olaraq, isanlarla danışa bilir. Tədqiqatçıların bəziləri slavyan “irıy”ı ilə qədim misirlilərin “İaru”su arasında ad yaxınlığına xüsusi diqqət ayırırlar. Lakin Osirisin cənnəti İarunun təsvirində fərqli mənzərələrlə qarşılaşırıq. Misirlilər İarunun qərbdə olduğuna inanırdılar. Onların inancına görə, İaruya Günəş şəfəqlərindən hörülmüş atla səyahət edərək və Osirisin məhkəmə zalından keçməklə çatmaq olar. Cənnət Quran cənnəti mömin müsəlmanların əbədi olaraq qalacaqları bir axirət məkanı kimi təqdim edir. Cənnətdə düşənlərə mükafat kimi müxtəlif maddi həzz vasitələri (gənc qadınlar, şərab, dadlı meyvələr, fiziki gözəlliklər və s.) vəd edilir. İslama görə, kafirlər cənnətə ümumiyyətlə, girə bilməzlər. Müsəlmanların günahkarlarını isə Allah ya dərhal bağışlayır, ya da günahkar müsəlman bir müddət Cəhənnəmdə cəzasını çəkdikdən sonra Cənnətə giriş icazəsi qazanır. Quran cənnəti belə təsvir edir: “… onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.