"Gündən günə qaranlığ da itirəm"
Cümlələr arasında qarışığlıq düşüb. Necə başa salacağımı, hardan başlayacağımı da bilmirəm. Yoxsan. Varsan amma yanımda yoxsan. Yadsan. Səndən doğma kimsəm yoxdu amma yadsan. Anlamırsan hə?Anlamıyacağsanda. Dediyim kimi cümlələr arasında qarışığlıq düşüb. Heç yola getmirlər, hisslərim kimi. Onlar da isyan edirlər. İsyan edib ölürlər. Bir qucaq dolusu ölmüş ümidlərim və hisslərim var. Məzarlıqdan fərqsiz hala dönüb sanki içim. Ruhum bir hündür dağın zirvəsindən özünü atmağa hazırlaşır. Bədənimə çökmüş yorğunluq, hissizlik və üzüntüylə də baş edə bilmirəm. Hüceyrələrimə qədər qarışığlıq içərisindəyəm. Dünən kimi yadımdasan. Bu qarışığlıq arasında hər zərrəni, hər cizgini xatırlamağım da bir başqa qarışığlıqdı. Suallar beynimdə ciddi münaqişə aparır, cavablar öz yerini tapmır. Güzgünün önündə saatlarla solmuş üzümə baxır, özümü anlamıram. "Gündən günə qaranlığ da itirəm" kimi bir cümlə keçdi ağlımdan, gülümsündüm. Deməyi unutmuşdum, tanış ol qaranlığın özü mənəm.






