ice berg

ice berg İdman 11-03-2021, 13:35

Ronaldu Bekhemin komandasında oynaya bilər

Ronaldu Bekhemin komandasında oynaya bilər
İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər.

LoaDinG.aZ "Daily Star"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ABŞ-ın "İnter Mayami" klubunun sahibi, İngiltərə yığmasının keçmiş üzvü Devid Bekhemlə əlaqə yaradıb.

O, MLS təmsilçisində oynamaq ehtimalını nəzərdən keçirir.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun maaşı ildə 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real Madrid" klubundan 117 milyon avroya keçib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
576 526 486 509 517 459

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.