∬Madmazel∬

∬Madmazel∬ Şeirlər 17-03-2021, 08:59

-.Sən cənnətim oldun.-

-.Sən cənnətim oldun.-
Sən işığım oldun,
Yeridiyim yolları aydınladan.
Sən gülüşüm oldun,
Yaşadığım həyata məna qatan.
Sən sevincim oldun,
Ürəyimdə duyduqca böyütdüyüm,
Sən inancım oldun,
Tutub əllərindən yeritdiyim.
Sən xəyalım oldun,
Arxasınca qaçıb yorulmadığım.
Sən sözlərim oldun,
Hər bir hecasında sənlə yoğrulduğum.
Sən hislərim oldun,
Vulkan kimi qaynayan içimdə.
Sən dərmanım oldun,
Arxasınca qaçarkən hey dizlərimdə.
Sən cənnətim oldun,
Bu dünya sürgünündə itirdiyim.
Sən gözyaşım oldun,
Hər damlasında güllər bitirdiyim.

Müəllif: Mehmet Ercan Fes

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
665 721 650 660 673 589

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.