Kənan Heydərov

Kənan Heydərov Moda.Dəb 17-03-2021, 17:41

Boğazlı sviterlərlə saçınızı belə düzəldin

Boğazlı sviterlərlə saçınızı belə düzəldin
Bu soyuq qış günlərində səhərlər yuxudan oyanıb işə, ya dərsə gedərkən sadəcə qalın geyimlər geyinib tez evdən çıxmağa tələsirik.

Praktik saç stili və makiyaj ilə günü bitiririk. Bəs boğazlı sviterlərlə saçları necə yığmaq olar, bilirsinizmi?

At quyruğu

At quyruğu modeli hər kəsə yaraşan, ən az riskli saç modelidir. Saçlarımıza şəkil verə bilmədiyimiz günlərdə xilaskarımız olan bu saç modeli özəl dəvətlərə qədər hər yerdə istifadə edilə bilər. At quyruğunu hazırlamaq səhərlər sadəcə 5 dəqiqənizi alacaq. Əvvəlcə saçlarınıza saç baxımı yağını sürtün, daha sonra dibdən uca doğru taram darayın, bütün saçlarınızı rezinlə yuxarıdan bağlayın.

Saçlarınızı içəridə saxlayın

Özəlliklə gündəlik stilinizdə istifadə edə biləcəyiniz bu saç modeli həm də çox praktikdir. Səhərlər saçınıza heç şəkil vermək istəmədiyiniz günlərdə bol tökülən model sviter geyinin, saçlarınızı sviterin içində saxlayın. Sadəcə saçların ön tərəfindəki hissələri çıxarın və rahat bir görünüş yaradın.

Papaq stili

Həftə sonları rahatlıqla istifadə edə biləcəyiniz bu saç modeli ilə dostların arasında olduqca diqqət çəkəcəksiniz. Duş aldıqdan sonra saçlara sprey sıxın və saçları yuxarıdan aşağı doğru qurudun. Saçları tamam qurutduqdan sonra saç diblərini dümdüz hala gətirin. Daha sonra sevimli papağınız taxın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
541 538 468 455 489 422

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.