Kənan Heydərov

Kənan Heydərov Kişilər 19-03-2021, 17:00

Cazibədar kişi necə olmaq olar?

Cazibədar kişi necə olmaq olar?
Kişilər həmişə qadınları başdan çıxarda bilən yaraşıqlı olmaq istəyirlər. Yaraşıqlı olmaq – pul qədər gücə malik olmaqdır.

Kişi gözəlliyi – qadın gözəlliyindən çox fərqlənir. Bura sadəcə xarici görkəm deyil, davranış və xasiyyət daxildir. Əsas məqsəd qadınların ehtiyacı olan kişi olmaq, qadınlara ehtiyacı olan kişi yox.

Cazibədar kişi necə olmaq olar?

Səlis danışıq qabiliyyəti

Ən vacib amillərdən biri səlis danışmaqdır. Kişilərin səlis və mənalı danışıqları qadınları cəlb edir. Səlis danışıq qabiliyyəti sizə emosiyalarınızı, fikirlərinizi, niyyətlərinizi aydın söyləməyə kömək olacaq. İstənilən söhbətdə baş çıxarda biləcəksiniz, maraqlı hadisələr danışacaq, zarafat edəcəksiniz.

Məqsədyönümlü kişilər

Yetkin kişilər planlar və məqsədlərini dəqiq bilir. Dəqiq məqsədləri olan kişilər həmişə cazibədar olacaqlar. Ortalarda olan kişi olmayın. Böyük arzuları və məqsədləri olan kişilər qadınlar üçün daim cazibədar olublar.

Kişidə mehribanlıq və aqressivlik

Mehribanlığı zəiflik, kobudluğu isə güc kimi qəbul etmək lazım deyil. Kişi ətrafdakılarla kobud rəftar etdiyi zaman bu dərhal gözəçarpan olur. Belə kişilər qadınlarla münasibətdə bunu gizlədə bilsələr də, digər insanlarla üzə çıxardırlar. Mehriban kişilər qadınların xoşuna gəlir. Onlar uşaqları sevir, ailə qurmaq üçün yararlı olurlar. Lakin bu o, demək deyil ki, onlar özlərini qoruya bilmirlər. Mehribanlıqda gizli güc var. Belə kişilər lazım gələrsə, öz “buynuzlarını” göstərə bilirlər. Lakin yaxşı olar ki, ətrafdakılar kişilərin aqressiv tərəflərini oyatmasınlar.

Kişinin xasiyyəti

Kişi – güclü şəxsiyyətdir. Öz brendinizi yaradın və onu qoruyun. Əsl kişinin sözü vəziyyət və istəklərdən asılı olmayaraq dəyişmir. Əsasən bu qadınlarla münasibətdə özünü göstərməlidir. Möhkəm xasiyyətli kişilər qadınlara cazibəli gəlirlər.

Kişi özünə inanır və irəli gedir

Əsl kişi istənilən yerdə və vəziyyətdə özünə inanır. Özünü itirmək və həyacanlanmaq qadınlara aiddir. Kişi suda balıq kimi olmalıdır. Əsl kişi dünya ilə birgə dəyişir və bir yerdə saymır.

Əsl kişinin yaxşı qadın zövqü olur

Qadınlar arasında uğuru ilə qururlanmır və bu barədə susur. Bu xüsusiyyət qadınları daha da cəlb edir. Əsl kişi nə vaxt əl uzatmağı, öpməyi, zəng etməyi, qucaqlamağı, hədiyyə verməyi bilir. Ona bunu öyrətmək lazım deyil. Lakin o, vəziyyəti şişirtmir.

Sonunda kişi cazbədarlığı fiziki göstəricilərdən daha çox mənəvi göstəricilərdən asılı olur. Bunu isə hər bir kişi hər zaman dəyişə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
544 567 569 518 574 613

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.