ice berg

ice berg İdman 19-03-2021, 13:07

Avropanın ən yaxşı 10 komandası açıqlandı

Avropanın ən yaxşı 10 komandası açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada son 10 ilin 10 ən yaxşı komandalarının adlarını açıqlayıb.

LoaDinG.aZ`ın məlumatına görə, araşdırma 2011 - 2020-ci illəri əhatə edib.

Siyahının ilk pilləsində 2877 xalla İspaniya "Barselona"sı qərarlaşıb. Ölkənin digər nəhəng klubu "Real Madrid" 2782 xalla ikinci olub. İlk "3-lüy"ü 2594,5 xalla Almaniya "Bavariya"sı qapayıb.

Növbəti sıralarda Fransa PSJ-si (2354), İspaniyanın "Atletiko" (Madrid) komandası (2302), İtaliya "Yuventus"u (2272) yer alıb.

Son "4-lük"də isə İngiltərə klublarıdır. "Çelsi" 2113 xalla 7-ci, eyni xala malik "Mançester Siti" 8-ci, 2020 xalı olan "Mançester Yunayted" 9-cu, 2016 xalı olan "Arsenal" 10-cudur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
444 441 427 437 421 437

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.