Çempionlar Liqasının püşkü atıldı
Bu gün Çempionlar Liqasında mövsümün son püşkü atılıb.
Loading.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilk olaraq 1/4 final cütləri bəlli olub.
1/4 final
1. Manchester City (İngiltərə) - Borussia Dortmund (Almaniya)
2. Porto (Portuqaliya) - Chelsea(İngiltərə)
3. Bayern Munich (Almaniya) - PSG (Fransa)
4. Real Madrid (İspaniya) - Liverpool (İngiltərə)
1/2 final
3-cü cütün qalibi - 1-ci cütün qalibi
4-cü cütün qalibi - 2-ci cütün qalibi
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6-7 apreldə, cavab qarşılaşmaları isə 13-14 apreldə keçiriləcək. Yarımfinalın ilk görüşləri 27-28 apreldə, cavab matçları 4-5 mayda olacaq.







