ÊLfidÂ

ÊLfid Sağlamlıq 20-03-2021, 16:30

Ayaq və dırnaq göbələyi

Ayaq və dırnaq göbələyi
Ayaq və dırnaq göbələyi çox geniş yayılmış bir dəri problemidir.Daha çox yeniyetmə və yetkinlik dövründəki kişilərdə görülür,qadınlarda və 12 yaşından kiçik uşaqlarda isə daha nadirdir. Ayaq göbələyi müalicə edilməsinə baxmayaraq müalicədən sonra belə təkrar edir. Birgə istifadə sahələri və ortaq istifadə edilən dəsmal,ayaqqabı kimi əşyalar göbələklərin çoxalması və bulaşması üçün çox uyğundu. Bundan başqa pişmələr, ayaqqabı vurması,su,yuyucu tozlar, sintetik geyim və corablara bağlı yaralar də ayaqlarda göbələk xəstəliyi inkişaf etməsi üçün münbit zəmin hazırlayı. Ayaq göbələk xəstəliyini müalicə etmədikdə dırnaqlara bulaşa bilər. Dırnaq göbələyi,əsasən,sadə bir yaralanma ilə başlayır. Məsələn, əl və ayaq dırnaqlarının sındırılması, dırnaqların çox qısa kəsilməsi, dar ayaqqabının dırnağı sıxışdırması kimi.
Nəmişlik, tərləmə ayaq və dırnaq göbələyi inkişafı üçün əlverişli şərtlərdir.Bəzi insanlarda yalnız ayaq barmaqları arasında (xüsusilə son iki ayaq barmağı arasında) soyulma,kəpəklənmə və çatlamalar şəklində görülərkən bəzi insanlarda isə ayaq dabanında və yanlarında qızartı,kəpəklənmə və su toplayan yaralar görülür. Ayaq göbələyi eyni zamanda ayaqda qaşıntı və yanma hissinə səbəb ola bilər. Qaşıntı ayaq göbələyində hər zaman olma. Ayaq dırnaqlarında da göbələk xəstəliyi görülə bilər və bunun müalicəsi çətindir. Dırnaq göbələyi dırnaqda qalınlaşma,xırdalma,rəng dəyişikliyi və hətta dırnaq itkisi ilə nəticələnir. Yaş irəlilədikcə ayaq dırnaqlarında olan qalınlaşma normal deyil. Bu cür dəyişikliklər dırnaq göbələyinə bağlıdır.
Ayaq göbələyindən qorunmağın sadə yolları:

✔Ayaq təmiz,sərin və quru saxlanılmalıdır

✔Pambıq, yun və ya bunlar kimi əmici maddələrdən istehsal olunmuş corablar geyinilməlidir.

✔Ayaqqabılar ayağa tam olmalı və beləcə ayağa ya da dırnaqlara travma(təzyiq)azaldılmalıdır.

✔Dar burunlu,hündür dabanlı,qədim, köhnəlmiş ayaqqabılar,corabsız geyilən ayaqqabılar və ya başqasının ayaqqabısı geyinilməməlidir.

✔Dırnaqlar qısa və düz kəsilməlidir.Kənarlarını dairəvi kəsməyin.

✔Yay mövsümündə sıx və dar ayaqqabı geyinməkdən çəkinin.


Ayaq göbələyinin tibb dilindəki adı Tinea Pedisdir. Səbəb olan mikrob göbələk adı verilən kiçik bitki bənzəri orqanizmlərdir.
Ayağınızda həddindən artıq bir şəkildə qaşıntı,qızarma və su toplama nəticəsində yaralar yarana bilər.

-Kiçik ayaq barmağınızın arasında soyulma, yarılma və ağ rütubətli bir görüntü meydana gələ bilər.
-Ayaq dırnağınız qalınlaşa və rəng dəyişdirə bilər.Bununla birlikdə,dırnaq soyulması və ya dırnaqlarınızın əriməsi də bunun növlərindəndir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
441 532 485 468 426 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.