ice berg

ice berg Xəbərlər 20-03-2021, 14:41

Bu ölkədə bütün idman yarışları dayandırıldı

Bu ölkədə bütün idman yarışları dayandırıldı
Moldovada koronavirus pandemiyası ilə əlaqədar bütün idman yarışları qeyri-müəyyən müddətədək dayandırılıb.

LoaDinG.aZ`ın məlumatına görə, bu barədə ölkənin İctimai Sağlamlıq üzrə Fövqəladə Komissiyası qərar qəbul edib.

Beləliklə, Moldovanın futbol üzrə Milli Diviziyası və A Diviziyasında bu gün keçirilməli olan bütün oyunlar baş tutmayacaq. Eyni zamanda, ölkə yığmasının martın 25-də Farer adaları və martın 31-də İsrail milliləri ilə keçirməli olduğu qarşılaşmalar Kişinyovda gerçəkləşməyəcək.

Hazırda Moldova Futbol Federasiyası məsələnin müzakirəsindən ötrü ölkə rəhbərliyi ilə görüşmək niyyətindədir.

Qeyd edək ki, qərar martın 31-dək qüvvədə olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
370 352 325 339 269 314

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.