ice berg

ice berg Avto Dünya 23-03-2021, 19:31

Ölkəyə 5 milyonluq hibrid avtomobillər gətirilib

Ölkəyə 5 milyonluq hibrid avtomobillər gətirilib
2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana 5,251 mln. ABŞ dolları dəyərində 1 042 yeni hibrid avtomobili idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,4%, miqdar ifadəsində 18,2% azdır.

LoaDinG.aZ APA-ya istinadən bildirir ki, hibrid avtomobillərin ümumi avtomobillərin idxalındakı çəkisi 11% təşkil edib. Bu, illik müqayisədə dəyişməz olaraq qalıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycana 28,032 mln. ABŞ dolları dəyərində 5 080 yeni hibrid avtomobili idxal edilib. Bu, illik müqayisədə 2,7 dəfə çoxdur. Ötən il ən çox hibrid avtomobil Yaponiyadan gətirilib. Belə ki, 2020-ci ildə Azərbaycan Yaponiyadan 21,315 mln. dollarlıq yeni 4 752 hibrid avtomobil idxal edib ki, bu da illik müqayisədə 39,8% çoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
506 471 487 521 518 486

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.