Gulusum

Gulusum Sağlamlıq 23-03-2021, 23:00

Kəskin bronxiolit

Kəskin bronxiolit
Kəskin bronxiolit daha çox 6 aydan - 2 yaşa qədər uşaqlarda kəskin virus xəstəliyin 3-4-cü günündə aşkar edilir.

Səbəbləri:
Xəstəliyin törədicisi RS-virusu, para grip, adeno və rotaviruslar, qrip və Koksaki B virusu olur.

Simptomları:
Xəstəlik 39-40 dərəcə hərarətlə başlayır, bir neçə gün davam edir. 2 və yaxud 3-cü gün vəziyyət birdən pisləşir, tutmaşəkilli öskürək və tənəffüs çatışmazlığı olur. Tənəffüsün sayı dəqiqədə 60-80-a çatır, küylü, səthi olur, çətinləşir. Bütün köməkçi əzələlər tənəffüsdə iştirak edir, burun qanadları gərginləşir. Dəri boz sianotik rəngdədir, perioral ya ağır hallarda ümumi sianoz müşahidə edilir. Həkim auskultasiyada sərt tənəffüs fonunda xırda qabarcıqlı yaş xırıltılar və yerli çartıltılar eşidir. Təngnəfəslik həmişə taxikardiya, urək tonlarının karlaşması ilə müşayiət olunur.

Diaqnostikası:
Rentgenoloji müayinədə ağ ciyərlərdə şəffaflığın artması, qabırğalar arası sahələrin genişlənməsi diaqnozu təsdiq edir. Diaqnoz, əsasən, virus infeksiyası ilə əlaqəsinə görə, hipertermiya və tosikoza görə qoyulur.

Müalicəsi:
Xəstə mütləq hospitalizasiya olunmalıdır. Burada xəstələrə antbiotiklər, 2-3gün hormonaterapiya, vitaminlər təyin olunur

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
493 543 525 486 503 496

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.