ice berg

ice berg İdman 24-03-2021, 13:21

Messi Ronaldunu qol sayında üstələdi

Messi Ronaldunu qol sayında üstələdi
İspaniya La Liqasında XXVIII turun "Real Sosyedad"la oyununda dubl edən "Barselona"nın futbolçusu Lionel Messi yeni nailiyyətə imza atıb.

LoaDinG.aZ xəbər verir ki, argentinalı hücumçu karyerasındakı qol sayını 734-ə çatdırıb. Bunların 97-si penalti ilə, 637-si oyun və standart vəziyyətlərdən vurulub.

Beləliklə, Messi hazırda İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunu, penaltidən vurulanlar nəzərə alınmamaqla, qol sayında geridə qoyub. Hazırda Ronaldunun aktivində 770 qol var ki, bunların 135-i penalti, 635-i oyun vəziyyətindəndir.

Qeyd edək ki, Lionel Messi klubdakı oyun sayında "Barselona"nın rekordçusu olub. O, klubun heyətində 768 oyuna çıxıb. Kataloniya komandası "Real Sosyedad"ı 6:1 hesabı ilə yenib.

Messi Ronaldunu qol sayında üstələdi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
405 439 424 430 425 449

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.