ice berg

ice berg Avto Dünya 24-03-2021, 13:59

“Mercedes-Benz” bu ölkədə istehsalını dayandırdı

“Mercedes-Benz” bu ölkədə istehsalını dayandırdı
Almaniyanın "Mercedes-Benz" avtokonserni yeni növ koronavirus (COVİD-19) ilə əlaqədar sanitariya və epidemioloji vəziyyətin pisləşməsi fonunda Braziliyada istehsalı dayandırır.

LoaDinG.aZ`ın KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə konsernin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Metalurqçılar birliyi ilə ortaq niyyətimiz, ölkə üçün bu kritik dövrdə insanların hərəkətinin azaldılmasına töhfə vermək, tədarük zəncirində hissələrin tədarükü ilə əlaqədar çətinliklərin öhdəsindən gəlmək və yerli hakimiyyət orqanlarının tətili təxirə salma qərarına əməl etməkdir".

Qeyd edilir ki, avtokonsernin Sau-Bernardu-du-Kampu və Juis-di-Fora şəhərlərindəki zavodalar martın 26-dan aprelin 5-dək bağlanır.

"Mercedes-Benz"in inzibati heyəti məsafədən işə davam edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
524 525 492 493 500 464

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.