ice berg

ice berg Sağlamlıq 24-03-2021, 14:02

Müntəzəm baş ağrılarının səbəbləri

Müntəzəm baş ağrılarının səbəbləri
"Orta yaşlı insanlarda müntəzəm baş ağrısı yüksək qan təzyiqi, yaşlı insanlarda isə qlaukoma inkişafı (gözdaxili təzyiqin yüksəlməsi) ilə əlaqələndirilə bilər".

LoaDinG.aZ`ın məlumatına görə, bunu həkim-terapevt İrina Yarçeva "RT"yə açıqlamasında deyib.

Onun sözlərinə görə, baş ağrısını həmçinin stress, həddindən artıq gərginlik və yuxu çatışmazlığı da yaradır.

"Buna görə yuxu, iş və istirahət rejiminizi uyğunlaşdırın, stress səviyyəsini də izləmək çox vacibdir. Yəni vaxtında işinizə ara verin, diqqətinizi yayındırın, idmanla məşğul olun. Profilaktik tədbir olaraq müntəzəm olaraq baş nahiyənizə masaj və gimnastika etmək lazımdır".

Həkim bildirib ki, baş ağrısından tez zamanda qurtulmaq üçün steroid olmayan antiinflamatuar dərmanlardan istifadə etmək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
457 428 439 481 465 366

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.