ice berg

ice berg Gözəllik 24-03-2021, 14:43

Gül suyu ilə dəriyə qulluq

Gül suyu ilə dəriyə qulluq
Dəri təmizləyici

Gül suyu dərini dərindən təmizləyir. Aşağıdakı qarışımla dərinizi təmizləyə bilərsiniz. Bu üsul alergiyası olan dərilər üçün tövsiyə edilmir. Dəri zədələnmələrinin qarşısını alır, qırışları azaltmağa kömək edir.

6 yemək qaşığı gül suyu

1 çay qaşığı qoxusuz kastilya sabunu( zeytun yağından, hindistan qozundan və hind yağından hazırlanır)

yarım yemək qaşığı tərəvəzdən hazırlanmış qliserin

1 çay qaşığı E vitamini

Hazırlanması:

Bütün qarışımı qarışdırın və şüşəyə boşaldın. Gündə iki dəfə üzünüzü bu qarışımla yuyun. Bu qarışımı 2 və ya 3 ay soyuducuda saxlaya bilərsiniz.

Quru dərilər üçün:

Quru dəri adətən tez yaşlanan dəri tipidir. Gül suyu və balla dərinizə kömək edə bilərsiniz. 1 yemək qaşığı gül suyu ilə 1 yemək qaşığı təbii balı qarışdırın. Təmiz üzə çəkin və 20 dəqiqə gözlədikdən sonra durulayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
514 561 484 488 479 455

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.