ice berg

ice berg Müxtəlif 27-03-2021, 16:59

Bəzi İnsanlar Var***

Bəzi İnsanlar Var***
Bəzi insanlar var...

Onlar bir-birlərinə çox uzaq olmalıdır.

Bu zaman bir-birilərinin dəyərini anlaya biləcəklər.


Bəzi insanlar var...

Bir-birilərinə çox yaxın durmalıdır.

Bu zaman onlar arasında gözəl xatirələr və dərin izlər yarana bilər.



Yarana baxıb gülməz bəzi insanlar...

İnsanın yarasına məlhəm olar, onu anlamağa çalışar.

Ancaq o zaman insanlar arasında böyük bir sevgi yaşana bilər.



Bəzi insanlar, fikrinə gələr...

Yaşanan sevgilərin hamısından daha üstündür.

Ancaq bir-birlərinə heç bir zaman sevgili deyildirlər bu cür insanlar



Bir cür insanlar var...

Xəstələndiyin zaman yanından heç bir yerə ayrılmaz.

Amma bəzi insanlar da var...

Heç sağlığında da yaxın durmaz.

Guya bu vaxtdan sonra yaxın dursa nə olar, durmasa nolar?

Sən özün uzaqlaşdırarsan o insanı yanından.



Nə cür insanlar var...

Çörəyi dizinin üstə,

Səni istifadə etdiyini gec anlayarsan.

Səninlə işi bitdikdən sonra yediyiniz çörəyə də təpik atar.



Nə ucuz insanlar var...

İnsana yox, geyindiyin paltarlara dəyər verərlər,

Baxsan, şəxsiyyətləri geyindiyi paltarlardan daha ucuz



Bəzi insanlar var...

Çıxa bilmir ağlından.

Gec başa düşərsən sənin üçün nələr etdiyini.

Anladığındaysa çox gec olar. Sənə görə pis görsənən bir qərarın,

İllər sonra ən doğru seçim olduğunu göstərər sənə.

Çox sağol demək üçün, heç yerdə tapa bilməzsən o insanı...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
542 492 494 501 476 553

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.