Gulusum

Gulusum Xəbərlər 27-03-2021, 19:04

Kolumbiyada terror aktı zamanı xəsarət alanların sayı 43 nəfərə çatıb

Kolumbiyada terror aktı zamanı xəsarət alanların sayı 43 nəfərə çatıb
Kolumbiyanın Korinto (Qərbi Kauka departamenti) bələdiyyəsi binasının qarşısında bomba partlayışı nəticəsində xəsarət alanların sayı 43 nəfərə çatıb.

LoaDinG.az xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Dieqo Molano bildirib.

"Yaralıların sayı 43 nəfər təşkil edir, onlardan 6-sı ciddi xəsarətlər alıb", - Molano tvitterdə bildirib.

Nazir qeyd edib ki, terror aktına görə məsuliyyət keçmiş sol radikal qruplaşma "Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri"nin üzərinə düşür.

Qeyd edək ki, ötən gün naməlum adamlar Korinto (qərb departamenti Kauka) bələdiyyəsi ərazisində meriyanın binası qarşısında avtomobili partladıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
337 286 315 339 290 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.