Gulusum

Gulusum Xəbərlər 27-03-2021, 19:11

Qəbələdə 16 yaşlı yeniyetmə intihar edib

Qəbələdə 16 yaşlı yeniyetmə intihar edib
Qəbələ rayonunda 16 yaşlı yeniyetmə intihar edib.

Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayramkoğa kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü kənd sakini Aqşin Calal oğlu İbişov yaşadığı evin tövləsində özünü asıb. Yaxınları 16 yaşlı övladlarını xəstəxanaya çatdırsalar da, müayinə zamanı artıq onun öldüyü məlum olub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 343 330 318 359 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.