ice berg

ice berg Şeirlər 29-03-2021, 16:27

Mən şeir deyiLəm ki..

Mən şeir deyiLəm ki..
Gəldim..
Əllərimdə qardan adamlar,
Balaca uşaqlar kimi gülə-gülə,
Qəhqəhəm "moonlight sonata" kimi incidici,
Baxışlarım bəlkə də heç kimi sevməz bir də.
Bəlkə də nə vaxtsa özünə aynada baxıb,
"kaş baxmazdım" deyib qocalacam.
Kaş gözünün içinə baxmağa utandıqlarımız,
Gözümüzdən düşməsə..
Bəzilərinə göz yaşım qədər dəyər verdim,
Amma gözdən çıxdısa, qayıtmaz..
Bakının ən ucqar yerində balaca bir şairin tabutu götürüldü,
Həkimlərin and içdiyi gün bəlkə də öldü
Hissə-hissə, parça-parça qoparkən buralardan,
Ölümü belə süd qoxurdu.
O.qədər şeir idi ki ruhu,
Neçə misra, neçə bənd deyə bilmərəm..
Amma o.ölmədən günahlara qonaq olmuşdu.
Günahlar sığındı ona, əff dilədi,
Tanrı göndərib bizi sənə, qadın.
Tanrı ən gözəl günahın sən olduğunu dedi.
O.qədər günahkarsan ki..
O.qədər günah doluyam ki, adam,

Məndən nə şeir, heç qaraltı da olmaz.
Mən şeir deyiləm, adam,
Mən şair də deyiləm,
Tanrı son bölümü bağlamaqçün,
Daha da hər şey hüznlü olsun deyə göndərib məni.
Anlama, adam..
Qar var əlimdə, ürəyim üşüyür,
Gəldim, adam, bizi hələ xoş günlər gözləyir..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 429 470 500 421 434

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.