Th30

Th30 Sevgi 31-03-2021, 12:02

- sənsiz intihar... [9]

- sənsiz intihar... [9]
İtirəcək şeyim yox,
bax,indi qoy danışım.
Açım,deyim hərşeyi,
onsuz da ayrılmışıq.

Sənsiz buzam,buz indi,
isitmir heç kim məni.
Səni unutdum deyib,
düşünürdüm mən səni.

Gah cavab da yazmıram,
yazdığın mesajlara.
Gah deyirəm,uzaq dur,
get məndən uzaqlara.

Ancaq,yalan deyirdim,
səndən də çox darıxıb,
O qədər ağlamışam,
o mesajlara baxıb.

Sildim dedim şəklini,
səndən heçnə qalmayıb.
Gizlincə ağlayırdım,
şəklini qucaqlayıb.

Sən ağlarkən önümdə,
boynunu yerə büküb.
Sən bilmirdin ki,ruhum,
qabağında diz çöküb.

Yalvarırdım ağlama,
qurban olaram sənə.
Kaş mən o gün ölərdim,
daş düşəydi o günə.

Mən səni,bilməsən də,
gizli sevdim hər zaman.
Məndən sənə yar olmaz,
qara gözünə qurban.

Üzünə deməsəm də,
qoy arxanca danışım.
Allah alsın canımı,
onsuz da ayrılmışıq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
584 649 523 561 610 527

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.