Diablo

Diablo İdman 1-04-2021, 14:00

Həm həbs olundu, həm də diskvalifikasiya edildi

Həm həbs olundu, həm də diskvalifikasiya edildi
Serbiyalı hakim Srcan Ovradoviç idarə etdiyi matçda verdiyi qərəzli qərarlara görə həbs edilib.

Loading.az "Tanjug"a istinadən xəbər verir ki, referi 2018-ci ildə liqanın pley-off mərhələsində "Spartak Subotika" - "Radnikki Nis" görüşündə qonaqların əleyhinə qərəzli qərarlar verərək, ev sahiblərinin qalib gəlməsinə şərait yaradıb. O, əvvəlcə "Radnikki Nis"in futbolçusu Milan Pavkova ardıcıl 2 sarı vərəqə göstərib. Nəticədə komanda azlıqda qalıb. Bundan əlavə, Obradoviç "Radnikki Nis"in qapısına 2 penalti də təyin edib. Bununla da oyun "Spartak Subotika"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Sözügedən görüşdə qalib gələn komanda vacib üstünlük əldə edəcəyi üçün matç böyük əhəmiyyət kəsb edirdi. Serbiya polisinin araşdırmasından sonra Novi Sad Ali Məhkəməsinin qərarəna əsasən, Obradoviç matçın taleyi ilə oynadığına görə 15 ay müddətində həbs edilib. Həmçinin o, Serbiya Futbol Federasiyasında 10 il hər hansı bir vəzifədə işləyə bilməz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
416 465 411 410 389 462

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.