Avroviziya-2021”də tamaşaçılar da iştirak edəcək
Niderlandın Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” Beynəlxalq Mahnı Müsabiqəsində tamaşaçıların iştirakına icazə verilib.
Loading.az xarici mətbuata istinadən bildirir ki, bu haqda müsabiqənin saytında bildirilib.
Niderland Yayım Korporasiyası pandemiya şəraitində kütləvi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi prosesini öyrənmək məqsədilə hökumətin bu qərarı verdiyini açıqlayıb.
Altı məşq, iki yarımfinal və finaldan ibarət doqquz şounun hər birində eyni vaxtda 3,5 min nəfər tamaşaçı iştirak edəcək. Lakin zala daxil olmaq üçün onlardan COVID-19 testinin neqativ cavabı tələb olunacaq.
Qeyd edək ki, ötən il koronavirus pandemiyası səbəbilə ləğv edilən “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi 18-22 may tarixlərində Rotterdamın “Ahoy” arenasında təşkil ediləcək. Ölkəmizi müsabiqədə müğənni Əfəndi təmsil edəcək.