ice berg

ice berg Şeirlər 1-04-2021, 17:21

Nə oLar sus..

Nə oLar sus..
Hər kəlmən edir könlümü məyus,nə olar sus!
Yaddır səsin artıq mənə əfsus,nə olar sus...


Düzdür yenə qəlbimdə yerin var,hələ boşdur,
Yalvarmaram ancaq bu sönən ömrümü coşdur,
Keçdikcə saatlar mənə əqrəb səsi xoşdur!
Səssizliyə məhkumdu bu məhbus, Nə olar Sus!

Hər kəlmən edir könlümü məyus, Nə olar Sus!
Yaddır səsin artıq mənə əfsus, Nə olar Sus!


Gözlərdə olub kor səni görmür elə bil ki,
Getdin! gələcəm söylədin ey Sevgimin ilki,
Olduqca gecikdin,zaman əvvəlki deyilki,
Artıq bu ürək özgəyə məxsus, Nə olar Sus!

Hər kəlmən edir könlümü məyus, Nə olar Sus!
Yaddır səsin artıq mənə əfsus, Nə olar Sus!


Sevgin qarışıbdır tamaha,get nə olar get!
Qaldıqca batırsan günaha,get nə olar get!
Onsuz nə desən,gecdi daha,get nə olar get!
Son dəfə baxım gözlərinə Sus,nə olar Sus!


Hər kəlmən edir könlümü məyus, Nə olar Sus!
Yaddır səsin artıq mənə əfsus, Nə olar Sus!!


Xəzər Süleymanlı..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
751 768 663 651 631 663

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.