Mənim dünyam

Mənim dünyam Xəbərlər 1-04-2021, 22:30

Təhsillə bağlı qərar

Təhsillə bağlı qərar
“Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, yoluxma halları artdığı təqdirdə tədrisin əyani formada keçirildiyi ərazilərdə də dərslərin distant formaya keçirilməsi nəzərdə tutulur:

“Qeyd edək ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur”.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 315 289 295 319 324

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.