Gulusum

Gulusum İdman 3-04-2021, 10:10

Kvaratsxeliya "Bavariya"nın maraq dairəsində

Kvaratsxeliya "Bavariya"nın maraq dairəsində
Almaniya "Bavariya"sı Gürcüstan millisinin və Rusiya "Rubin"in futbolçusu Xviça Kvaratsxeliya ilə yaxından maraqlanır.

LoaDinG.az "express.de" saytına istinadən xəbər verir ki, heyəti gəncləşdirmək istəyən Münhen klubunun əsas transfer hədəflərindən biri 20 yaşlı hücumameylli yarımmüdafiəçidir.

Qeyd edək ki, bu mövsüm Kazan təmsilçisinin heyətində 20 oyun keçirmiş istedadlı vinger 3 qol vurub. Kvaratsxeliya DÇ-2022-nin martdakı oyunlarında İspaniya və Yunanıstan yığmalarının qapısına da yol tapıb.

O, Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 443 451 452 379 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.