Gulusum

Gulusum İdman 3-04-2021, 10:13

Azərbaycan Premyer Liqasında XXI tur başlayır

Azərbaycan Premyer Liqasında XXI tur başlayır
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilcək.

LoaDinG.az'ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

30 xalla 3-cü pillədə qərarlaşan "Zirə" 18 xalla 6-cı yeri tutan "Səbail"in qonağı olacaq. "Qartallar"ın heyətində 3 futbolçu - Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyev koronavirusa yoluxduqları üçün matçı buraxacaqlar.

"ASCO Arena"dakı qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəlib. Bunların 3-də meydan sahibləri, 7-də qonaqlar qələbə qazanıb. Topların fərqində də "Zirə"nin üstünlüyü var - 17:8.

“Zirə” son 4 çempionat oyununda rəqibinə uduzmayıb. Meydan sahibləri evdəki son 3 matçda qol vurmağı bacarıb.

Azərbaycan Premyer Liqası, XXI tur

3 aprel (şənbə)

17:30. “Səbail” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”

Qeyd edək ki, XXI turun "Neftçi" - "Sumqayıt", "Sabah" - "Qəbələ" və "Keşlə" - Qarabağ" matçları aprelin 4-də olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
374 394 368 382 362 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.