HASANLY

HASANLY Məşhurlar 3-04-2021, 11:52

"Aliment verməmək üçün qadınlarınızı əxlaqsız çıxarırsınız"

"Aliment verməmək üçün qadınlarınızı əxlaqsız çıxarırsınız"
"DNT analizi edin deyirlər. Nəyə verək? Bilirsiz neçəyədir? 2000-2500 manatdır analiz. Bilmirsiz uşaq sizindi, ya yox? Nə asandı insanları ləkələmək. Aliment verməmək üçün qadınlarınızı əxlaqsız çıxarırsınız. Ayıb deyil?".

Loading.Az Axsam.Az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. Həyat yoldaşını əxlaqsız adlandıran kişiyə əsəbiləşən aparıcı bunları söyləyib:

"Camaatın qızını alıb aparanda, belinə qırmızı bağlayıb toy edəndə bilmirdin kimdir? Elə bilirlər DNT analizi asandı. Qadınlarınıza niyə ləkə yaxırsız? Pis idi zamanında ayrılardın, toy günü gətirib anasının qapısına qaytaraydın ki, salamat qız böyütməmisən. Əsəbiləşirəm insanların əlindən, ata gəlib 100 manat verməmək üçün deyir, qadın pozğundur, əxlaqsızdır. Camaat iki gündür küçədə tanış olduğunu qoruyur. Siz bir yastığa baş qoyduğunuz, uşaq dünyaya gətirən qadına ləkə yaxırsız? Əvvəl bu sözü işlədən kişi gedib özünü öldürərdi. Adamlar var ki, nələr xərcləyir, hər şeyini satır verir uşağım olsun. Bəziləri isə qəbul etmir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
438 453 434 420 453 431

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.